BDU-nun kafedra müdiri Ankara Sosial Elmlər Universitetində səfərdə olub
30/10/2023
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müdiri, dosent, psixologiya üzrə fəlsəfə doktoru Səxavət Əliyeva Türkiyə Respublikasının Ankara Sosial Elmlər Universitetində səfərdə olub.
Səfər zamanı Səxavət Əliyeva Universitetin rektoru, professor Musa Kazım Arıcan ilə görüşüb. Görüşdə hər iki universitetin Psixologiya kafedraları arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşdən sonra kafedra müdiri Ankara Sosial Elmlər Universitetinin Sosial və humanitar elmlər fakültəsinin Psixologiya kafedrasında magistratura və bakalavriatura səviyyələrində keçirilən dərslərin metodları ilə yaxından tanış olub.


Xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
