BDU-nun kafedra müdiri Fransanın Akademik Palma ordeni ilə təltif edilib

13/04/2016

Bakı Dövlət Universitetinin Alman-fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva Fransız dili və Frankofoniya Həftəsi çərçivəsindətəşkil edilən tədbirdə Fransanın Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edilib.Elmira Fərəcullayeva Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.

BDU-nun kafedra müdiri ilə yanaşı daha dörd nəfər təhsil işçisinə mükafatı Fransanın Azərbaycandakı səfiri Orelia Buşez təqdim edib.

Tədbirdə Azərbaycan Respublikasının təhsil nazirinin müavini  Firudin Qurbanov da iştirak edib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu münasibətlə dosent Elmira Fərəcullayevanı təbrik edib, ona gələcək fəaliyyətində daha böyük nailiyyətlər arzulayıb.

Mətbuat və informasiya şöbəsi 13 aprel 2016-cı il.


Xəbərlər

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026