BDU-nun kafedra müdiri “əməkdar müəllim” adı aldı

24/12/2014

Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə BDU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri dosent Akif Əli oğlu Atakişiyev “Əməkdar müəllim” adına layiq görülüb. Ali mükafat Prezident İlham Əliyevin iştirakı ilə Milli Olimpiya komitəsində Akif Atakişiyevə təqdim edilib.

Qeyd edək ki, Akif Atakişiyev  1972-ci ildən müəllim, 1991-ci ildən isə kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin  İdmançıların Dözumlülüyünün artırılmasının yolları Azərbaycan Respublikasının əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi olan Akif Atakişiyev  8 məqalənin və 1 elmi-metodik vəsaitin müəllifidir. Həmçinin Akif müəllim Bir neçə Avropa Beynəlxalq elmi konqresində elmi məqalə  ilə çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 24 dekabr 2014-cü il.


Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026