BDU-nun kafedra müdirinin yeni dərs vəsaiti nəşr olunub

20/10/2025

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevda Xələfovanın yeni dərs vəsaiti nəşr olunub. BDU Elmi Şurasının qərarı ilə nəşr edilməsi tövsiyə olunan “Kitabxana təsnifat və mövzu göstəriciləri” adlı dərs vəsaitinin elmi redaktoru dosent Knyaz Aslan, ixtisas redaktoru dosent Zahidə Rzayeva, rəyçiləri dosent Rəşad Qardaşov və tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevadır.

Dərs vəsaitində kitabxana təsnifatı problemləri, kataloqlaşdırmanın nəzəri əsasları, sənəd-kommunikasiya sistemində sənədin analitik-sintetik işlənməsi, sənədlərin indeksləşdirilməsi, informasiya mübadiləsində istifadə olunan protokollar və standartlar mövzular üzrə ardıcıl şərh edilib.

Dərs vəsaiti “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026