BDU-nun Kimya fakültəsi 60 nömrəli orta məktəbdə “Kimya gecəsi” keçirib

08/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə Bakı şəhəri Paşa Nəzərov adına 60 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Kimya gecəsi” keçirilib.

Tədbirdə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

60 saylı məktəbin direktoru Yasəmən Əliyeva müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışıb, Ulu Öndərin elmə, təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, dahi rəhbər Heydər Əliyev ölkəmizdə digər sahələrlə yanaşı, kimya sənayesinin inkişafına da böyük diqqət göstərib.

Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev kimya elmi və onun əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb.

Təcrübəçi tələbə Milana İdrisova Ulu Öndər Heydər Əliyevin həyatı və onun kimya sənayesinin inkişafındakı tarixi rolu haqqında çıxış edib. Sonra məktəbin şagirdlərinin təqdimatında Azərbaycanın görkəmli kimyaçı alimləri – akademiklər  Rəfiqə Əliyeva, Yusif Məmmədəliyev, İzzət Orucova və professor Xudu Məmmədova həsr olunmuş təqdimat nümayiş etdirilib.

Kimya fakültəsinin təcrübəci tələbələri və məktəbin şagirdlərinin birgə hazırladığı səhnəciklər və kimyəvi reaksiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məktəbin XI sinif şagirdi Rəhimə Qafarlı və BDU-nun Kimya fakültəsinin I kurs tələbəsi Alim Məmmədovun ifasında maraqlı müsiqi nömrələri təqdim edilib.

Sonda metodist rəhbər Lalə Nəsibova və fənn müəllimi Fatma Rəsulovanın çıxışları dinlənilib.

 

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024