BDU-nun Kimya fakültəsi və AQTİ əməkdaşları arasında görüş keçirilib

14/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnsititutunun (AQTİ) əməkdaşları arasında görüş keçirilib.

Görüşdə Kimya fakültəsinin dekanı Fuad Kərimli, Analitik kimya kafedrasının müdiri Famil Çıraqov, Analitik kimya kafedrasının professoru Xəlil Nağıyev, AQTİ-nin aparat rəhbəri Xalid Bayramlı və İnstitutun şöbə müdiri Nihad Quliyev iştirak edib.

Görüşdə Kimya fakültəsində görülən işlər, tədris prosesi, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fuad Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi haqqında məlumat verib.

Xalid Bayramlı AQTİ-nin fəaliyyəti haqqında geniş məlumat verərək, Kimya və Kimya mühəndisliyi ixtisaslarının tələbələri üçün bakalavriat və magistratura səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və İnstitutda yaradılacaq şəraitdən söz açıb.

Görüş zamanı gələcəkdə magistratura səviyyəsi üzrə Qida məhsullarının kimyəvi ekspertizası ixtisaslaşmasının açılmasının nəzərdə tutulduğu qeyd olunub, birgə əməkdaşlıq üçün fəaliyyət planı müzakirə edilib.

İnstitutla yaxından tanışlıq üçün laboratoriyalara baxış keçirilib.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026