BDU-nun Kimya fakültəsində akademik Vaqif Fərzəliyevlə görüş keçirilib

21/04/2022

Bakı Dövlət Universitetinin Kimya fakültəsində AMEA-nın Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, kimya fakültəsinin  fəxri məzunu, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli akademik Vaqif Fərzəliyevin ömür yolu, elmi fəaliyyəti, AMEA-nın Aşqarlar Kimyası İnstitutu ilə Kimya fakültəsi arasında təhsil, eləcə də elm sahəsində birgə əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə çıxış edən Vaqif Fərzəliyev elm və təhsildə uğur qazanmağın yollarını açıqlayıb, təhsil-elm-istehsalat vəhdətinin ölkənin inkişafı üçün vacib şərtlərdən biri olduğunu vurğulayıb.

Tədbir diskussiya şəklində davam edib. Tədbirin sonunda Vaqif Fərzəliyevə fakültənin I kurs tələbəsi Səbinə İbrahimxəlilovanın  əl işi olan portret hədiyyə edilib.


Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026