BDU-nun Kimya fakültəsində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib

06/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki, Aprel döyüşləri şanlı zəfərin başlanğıcı, qələbənin təməlidir. O, Aprel döyüşlərində və Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin hərbi və diplomatik cəbhədə atdığı düzgün siyasi addımları və qazandığı uğurları vurğulayıb.

Tədbirdə Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhrəmanov, Natavan Mahmudova, BDU-nun Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov, Kimya fakültəsi TGT sədri Əli Qədirli və digərləri Aprel döyüşlərinin Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirdiyini və xalqın vətənpərvərlik ruhunu alovlandırdığını qeyd ediblər.

Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

Azərbaycan milli mətbuatı - 151

Azərbaycan milli mətbuatı - 151
22/07/2026

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026