BDU-nun Kimya fakültəsində Aprel döyüşlərinin ildönümü qeyd olunub

05/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan Vətən müharibəsində şanlı Qələbəmizin başlanğıcıdır. Aprel  döyüşlərində düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın böyük Qələbəyə inamını artırdı və 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli    Azərbaycan Ordusu düşmənə qəti zərbə vuraraq torpaqlarımızı işğaldan azad etdi.

Tədbirdə Kimya fakültəsinin TGT sədr Əli Qədirli, III kurs tələbəsi Turanə Sadiqi, I kurs tələbəsi Dəniz Seydəliyeva Aprel döyüşlərinin xalqımızın vətənpərvərlik ruhunu alovlandırdığını bildirib, Vətən müharibəsində qələbə çalan Ordumuzun qəhrəman zabit və əsgərlərinin döyüş yolunun hər bir gəncimiz üçün örnək olduğunu qeyd ediblər.

Tədbirin sonunda Aprel döyüşlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026