BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

30/12/2025

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) Kimya fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını, bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları ortaq dəyərlər və Vətən sevgisi ətrafında birləşdirdiyini qeyd edib. Dekan tələbələrin cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi formalaşmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra dünya azərbaycanlılarının həmrəyliyini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026