BDU-nun Kimya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib

18/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən Kimya fakültəsinin  dekanı Fuad Kərimli  və dekan müavini Taleh Qəhrəmanov Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik ediblər.

Qeyd olunub ki, Novruzun milli-mənəvi dəyərlərimizin və adətlərimizin qorunub saxlanmasında  özünəməxsus yeri var, bu bayram xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir.

Tədbirdə Kimya fakültəsinin birinci kurs tələbələri Səidə İsmayılova “Novruz, gəl”, Aydan   Bağırova “Novruz bayramı” şeirlərini səsləndiriblər. Məhluqə Məsimova skripkada “Fairtale”, Mehriban Ağabəyli “Fly me to the moon”, Aygün Məmmədova “Səndən nigaranam” musiqilərini ifa ediblər.

Kimya fakültəsinin tələbələrindən ibarət rəqs qrupunun “ Arşın mal alan” və “Uzundərə” rəqsləri alqışlarla qarşılanıb.

Şənlikdə fakültənin tələbəsi Babək Rzayev və “Unikal” musiqi qrupunun ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.

Kimya fakültəsinin tələbələri tərəfindən hazırlanmış bayram xonçaları tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026