BDU-nun Kimya fakültəsində növbəti elmi seminar

07/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda onlayn elmi seminar keçirilib.

Seminarda Kimya fakültəsinin professor-müəllim heyəti və tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası və Polimer Materialları, Neft-Kimya Prosesləri İnstitutlarının, Milli Nüvə Tədqiqatları Mərkəzinin və digər qurumların əməkdaşları, o cümlədən akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Valeh Cəfərov iştirak ediblər.

Alkenilfenollar kimyası elmi-tədqiqat laboratoriyasının müdiri, professor Musa Bayramov “Alkenilfenollar əsasında xüsusi məqsədli və texniki əhəmiyyətli maddələrin alınmasının perspektiv istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə son illər dünyada polifunksional alkenilfenollar əsasında mikroelektronikada, aviasiyada, neftçıxarma və neft emalı sənayesində tətbiq olunan məhsulların alınması istiqamətində intensiv elmi-tədqiqat işləri aparıldığı, eləcə də ağır metalların və radionuklidlərin müxtəlif sistemlərdən ayrılmasında tətbiq olunan polifunksional sorbentlərin sintezində bu növ monomerlərdən geniş istifadə olunması haqqında məlumat verilib.

Seminarda Alkenilfenollar kimyası elmi-tədqiqat laboratoriyasında da bu istiqamətdə geniş tədqiqat işləri aparıldığı xüsusi vurğulanıb. Bu sahədə 20-dən çox yerli və bir Avrasiya patenti alındığı, “Успехи химии” jurnalında iki icmal məqalənin və Moskvada bir monoqrafiyanın nəşr olunduğu bildirilib.


Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026