BDU-nun Kimya fakültəsində qazilərlə görüş

29/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə Vətən müharibəsi qaziləri İsmayıl Hacıyev, Elşən Cəbrayılov, Fərid Bağırlı, Cavid Həsənov, Emin Əzimzadə, Şahmurad Baxışəliyev, Təbriz Zöhrablı, Ruslan Şıxıyev, Şahin İbrahimov, Yusif Fərəcov, Səid Kərimov, Namiq Əhmədov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Qazilərdən Şahin İbrahimov, Yusif Fərəcov,  Səid Kərimov Kimya fakültəsinin məzunu, Namiq Əhmədov isə I kurs tələbəsidir.

Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirib ki,  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz dünya hərb tarixində misli görünməmiş nailiyyətlərə imza atıb. Cəmi 44 günə Prezident-Xalq-Ordu birliyi ilə Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri yarılıb, torpaqlarımız azad olunub, tarixi ədalət bərpa edilib.

Dekan müavini Taleh Qəhrəmanov və fakültənin dosenti Elgül Abdullayeva isə çıxışlarında qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu təkcə işğal altında olan torpaqlarımızı azad etməyib, xalqımızın döyüş ruhunun, mübarizə əzminin itmədiyini göstərib. 44 günlük Vətən müharibəsi, 19 sentyabr 2023-cü ildə həyata kecirilən antiterror əməliyyatı tariximizin ən parlaq səhifələrindəndir. Hazırda azad edilən torpaqlarımızda üçrəngli bayraqlarımız əzəmətlə dalğalanır və ərazi bütövlüyümüz tam bərpa olunub.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan bəhs ediblər.

Xəbərlər

BDU-nun rektoru Elçin Babayev Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ilə görüşüb

BDU-nun rektoru Elçin Babayev Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova ilə görüşüb
07/02/2025

BDU əməkdaşı “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusunda tədbirdə iştirak edib

BDU əməkdaşı “Telekommunikasiya sektorunda kibertəhlükəsizlik" mövzusunda tədbirdə iştirak edib
07/02/2025

BDU rektoru Elçin Babayev Vyanada Azərbaycanın Avstriyada və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşüb

BDU rektoru Elçin Babayev Vyanada Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşüb
07/02/2025