BDU-nun Kimya fakültəsində tədbir: “Milli qürur günümüz”

07/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə “Milli qürur günümüz” adlı tədbir keçirilib.

Əvvəlcə Kimya fakültəsinin kollektivi və tələbələri II Fəxri xiyabanı ziyarət edərək, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra tədbir çərçivəsində Kimya fakültəsinin tələbələrinin əl işlərindən ibarət “Xarıbülbül” rəsm sərgisinə baxış keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov bildirib ki, Zəfər Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin məğlubedilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir. Bütün bu amillər, eləcə də iqtidar-xalq sarsılmaz birliyi Ermənistan-Azərbaycan münaqişəsinin həllini təmin edib. Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun illər ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilib və tarixi ədalət bərpa olunub.

Fakültənin l kurs tələbələri Nəsibə Məmmədova və Rəvanə Quliyeva şanlı tarixin şahidi olduqları üçün fəxr hissi keçirdiklərini bildirib və şeirlər səsləndiriblər.

Sonda Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026