BDU-nun Kimya fakültəsinin aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib

31/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.

Zara Məmmədova 1929-cu il dekabrın 17-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi.

Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.

BDU rəhbərliyi və kollektivi Universitetin qocaman əməkdaşı Zara Məmmədovanın vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026