BDU-nun Kimya fakültəsinin tələbələri Geologiya və Geofizika İnstitutu ilə AQTİ-də istehsalat təcrübəsində

01/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzində və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) istehsalat təcrübələri uğurla davam edir.

Tələbələr Analitik kimya kafedrasının müəllimi Məmməd Məmmədovun rəhbərliyi ilə mayın sonuna qədər bu laboratoriyalarda fiziki-kimyəvi analiz metodları ilə işləmək bacarıqlarını daha da təkmilləşdirəcək, ölkəyə idxal və icrac olunan hər növ qida məhsulları, əlavələri, dərman preparatları, kübrələr, baytarlıq, kənd təsərrüfatı məhsullarının analizi, kimyəvi müayinəsi istiqamətlərində təcrübi biliklər toplayacaqlar.

Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.

 

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026