BDU-nun Kimya fakültəsinin tələbələri orta məktəbdə açıq dərs keçiblər

22/04/2019

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin“Kimya müəllimliyi” ixtisasında təhsil alan IV kurs tələbələri158 nömrəli tam orta məktəbdə pedaqoji təcrübədə olublar. Məktəb kollektivinin, valideynlərin iştirakı, Kimya fakültəsinin müəllimi Esmira Rəsulovanın təcrübə rəhbərliyi ilə tələbələrin açıq dərsi təşkil olunub.İtaliyanın Azərbaycandakı səfirliyi və adıçəkilən məktəbin birgə keçirdiyi pilot layihə çərçivəsində reallaşan açıq dərsi tələbələr italyan dilində aparıblar. Dərsdə kimyəvi elementlərin Azərbaycan və italyan dillərində xassələri haqqında ətraflı məlumat verilib.

Sonra çıxış edən BDU-nun Kimyanın tədrisi metodikası kafedrasının müdiri, professor Əyyub Əzizov dərsi yüksək qiymətləndirib.

Sonda E. Rəsulova tələbələrin mütəmadi olaraq bu məktəbdə uğurlu pedaqoji təcrübə keçdiklərindən bəhs edib, dərsin təşkilində əməyi olan məktəb kollektivinə və tələbələrə təşəkkür edib.

Mətbuat və informasiya şöbəsi, 22  aprel 2019-cu il.


Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026