BDU-nun Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar

21/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin tələbələri yeni sosial kampaniyaya başlayıblar. Belə ki, fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə şəhid Vadim Qocayev və Fəxrəddin Qurbanlının ailələri ziyarət olunub. Şəhidlərin ailə üzvləri ilə görüş zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov oğlunun məktəb illəri, tələbəlik həyatından danışıb, onun kiçik yaşlarından vətənpərvərliyi ilə seçildiyini bildirib.

Tələbələr şəhidlərin ev müzeylərində onlara aid şəxsi əşyalarla tanış olublar.  Şəhidlərimizin fotolarından ibarət xatirə albomlarına baxış keçirilib, onların döyüş yolu xatırlanıb. Şəhid anaları qəhrəman oğulları ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026