BDU-nun Kitabxanaçılılq-informasiya fakültəsində əlamətdar görüş

12/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə şəhid ailələri, əsgər anaları və Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib. Professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öncə torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Vətən Müharibəsində qazandığımız şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbir iştirakçılarını salamlayıb, tarixi qələbə münasibətilə öz təbriklərini çatdırıb. R.Səmədov Vətən Müharibəsində şəhid olan Universitet məzunları və tələbələrinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. O vurğulayıb ki, şəhid ailələri, qazilər dövlətimizin hərtərəfli diqqət və qaygısı ilə əhatə olunublar.

Sonra tədbir Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlının moderatorluğu ilə davam etdirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları - kafedra müdiri,  Birinci Qarabağ Müharibəsinin veteranı Knyaz Aslan, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi professor Almaz Ülvi, Qarabağ qazisi Fərid Camalovun anası Zöhrə Camalova, əsgər anası Vəzufə Xudiyeva, şəhid Ədalət Abbasovun bacısı Kəmalə Məmmədova, fakültənin tələbəsi - şəhid Elnur Allahverdiyevin qardaşı Səbuhi Allahvediyev çıxış edərək Vətən Müharibəsində qazandığımız şanlı qələbədən danışıblar. Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına 30 illlik Vətən həsrətimizə son qoyulduğunu vurgulayıblar.

Fakültənin tələbəsi - Vətən Müharibəsi qazisi Hafiz Əhmədov keçdiyi döyüş yolundan danışıb, eyni zamanda Vətən Müharibəsində iştirakına görə dövlət başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmağından qürur hissi keçirdiyini bildirib.

Tədbir bədii hissə ilə başa çatıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024