BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirib

22/07/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər rayon Heydər Əliyev Mərkəzində BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Rasim Süleymanovun Tərtər Rayon MKS-yə hədiyyə etdiyi kitabların (min beş yüz nüsxə) sərgisinə baxış keçirilib.

“Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimini giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, 44 günlük Vətən Müharibəsi günlərində rayon əhalisinin göstərdiyi fədakarlıqdan bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Qeyd edib ki, Vətən Müharibəsi dövründə məkrli düşmən Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər doğma yurdlarını tərk etməyib, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər. Müstəqim Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına, həmçinin bu sahədə kadr hazırlığına ciddi təkan verib. O, BDU-nun dosenti Rasim Süleymanovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasiminin Tərtər rayonunda keçirliməsinə şərait yaratdıqlarına görə Universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, BDU-nun Kitabxanaçılıq-İnformasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, “Akademkitab” Birliyinin Baş direktoru, filologiya elmləri doktoru Əlağa Cəfərov, Tərtər Rayon MKS-in direktoru İlduzə Qurbanova, Tərtər Rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıblar. Sonda “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” monoqrafiyasının müəllifi Rasim Süleymanov təqdimat mərasiminin təşkilatçılığı üçün Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Xəbərlər

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir
05/02/2025

BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb
05/02/2025

Gənc alim: BDU-da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim - MÜSAHİBƏ

BDU-nun  “İlin gənc alimi” müsabiqəsində təbiət, dəqiq və texnika elmləri üzrə ən yüksək nəticəni Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı göstərib
05/02/2025