BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşlarının yeni dərs vəsaiti nəşr olunub

25/10/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov və həmin kafedranın müəllimi Vəzufə Xudiyevanın yeni dərs vəsaiti nəşr olunub. “Rəqəmsal bilik və tədqiqat bacarıqları” adlı kitabın ixtisas redaktoru professor Mönsüm Alışov, rəyçiləri professor Almaz Ülvi, dosentlər Xuraman Ağayeva və Solmaz Sadıqovadır.
Dərs vəsaitində müxtəlif tipli informasiya mənbələri ilə işləmə metodları, lokal, korporativ və paylanmış kateqoriyalı informasiya sistemlərində, o cümlədən, internetdə informasiya axtarışının üsul və vasitələri, rəqəmsal mühitdə oxucuların informasiya və tədqiqat sorğularının təhlili və emalı üsulları, informasiyanın qiymətləndirilməsi, təlim və tədqiqat aparma, kreativ düşünmə, problemin müəyyən edilməsi və həlli yollarının tapılması bacarıqları öyrədilir.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin yaranmasının 60 iliyinə həsr olunmuş dərs vəsaiti Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə bakalavriat və magistratura pilləsində təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

Xəbərlər

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Liaodong Universiteti ilə əməkdaşlığa başlayır
23/07/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə məzunların buraxılış mərasimi
23/07/2026

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!

BDU-HUJI ikili diplom proqramı üzrə qəbul elan edir!
23/07/2026