BDU-nun kollektivi şəhid məzun Cavid Manafovun ildönümündə məzarını ziyarət edib

10/11/2021

Bakı Dövlət Universitetinin (BDU) bir qrup kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Sosial elmlər və psixologiya fakültəsinin məzunu Cavid Manafovun ildönümündə ailəsi ilə görüşüb, məzarını ziyarət ediblər.

Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Sosial elmlər və psixologiya fakültəsiniun dekan müavini İranə Məmmədli, fakültənin  müəllimləri Elnarə Piriyeva, Ramin Allahverdiyev,  Səyyarə Yusubova və tələbələr iştirak ediblər. Ziyarətdə çıxış edənlər Cavid Manafovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Cavidin  həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonra şəhidin ailə üzvləri və yaxınları ilə birgə məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, BDU-nun 2020-ci il məzunu olan Cavid Manafov Vətən müharibəsinin başladığı gündən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il 31 oktyabr tarixində batareya komandirini xilas edib və digər döyüş yoldaşlarını qurtararkən ağır yaralanıb, 7 noyabrda şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası   Prezidentinin müvafiq sərəncamları ilə Cavid Manafov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026