BDU-nun kollektivi şəhid məzun Ceyhun Şalıyevin doğum günündə ailəsini ziyarət ediblər

25/05/2021

Bakı Dövlət Universiteti (BDU) Vətən Müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir. 2021-ci il   20 may tarixində BDU-nun bir qrup əməkdaşı Vətən Müharibəsi şəhidi Hüquq fakültəsinin məzunu Şalıyev Ceyhun Nüsrət oğlunun doğum günündə ailəsi ilə görüşüb, məzarını ziyarət edib.

BDU və Missiya TV internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, BDU-nun Tələbə Gənclər Təşkilatının fəal üzvü Əli Qədirli və şəhid Ceyhun Şalıyevin tələbə yoldaşı, fakültənin akademik məsləhətçisi Nuray Əliyeva şəhidin məzarını ziyarət edib.

Görüşdə çıxış edənlər Ceyhun Şalıyevin Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Ceyhun Şalıyev həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhid Ceyhun Şalıyevin dayısı Gəray Məmmədov diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər dayısı kimi fəxr etdiyini deyib.

Qeyd edək ki, Ceyhun  Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb, 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Ceyhun könüllü olaraq ordu sıralarına qoşulub və oktyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024