BDU-nun komandası “Bakı Gənclər Debat Forumu: 2023”ün qalibi olub

14/12/2023

Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin  təşkilatçılığı, SOCAR-ın Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Bakı Gənclər Debat Forumu: 2023"ün final və mükafatlandırma mərasimi keçirilib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədrinin müşaviri İlkin Hüseynov qonaqları salamlayıb və debatçılara uğurlar arzulayıblar.

“Bilik iqtisadiyyatına keçid edən ölkələrdə rəqabətə davamlı bazarın formalaşması üçün süni intellektin tətbiqi şərtdir” mövzusunda Forum çərçivəsində qrup və seçmə oyunları keçirilib. Yarışda Azərbaycan və rus bölməsi üzrə 25 ali təhsil müəssisəsinin debat klublarının natiqlərindən ibarət 50 komanda iştirak edib. 2 gün,187 saatdan çox davam edən forumda 1000-dən artıq gənc maariflənib.

“Bakı Gənclər Debat Forumu”nun final mərhələsində Azərbaycan dili bölməsi üzrə Azərbaycan Tibb Universitetinin “TGF-Betta” və Bakı Dövlət Universitetinin (BDU) “Qeyd-Şərtsiz” komandaları, rus bölməsi üzrə isə BDU-nun “Katyuşa BQU” və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “TTM” komandaları yarışıb.

Debat hakimlərinin nəticələrinə əsasən, Azərbaycan bölməsi üzrə BDU-nun “Qeyd-Şərtsiz”, rus bölməsi üzrə UNEC-in “TTM” komandaları qalib seçiliblər.

Forumun ən yaxşı 20 natiqi də müəyyən olunub. Belə ki, Azərbaycan bölməsi üzrə Forumun ən yaxşı natiqi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Elnur Nuruzadə, rus bölməsi üzrə isə BDU-nun tələbəsi Həsən Paşayev seçilib.

Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və qaliblər mükafatlandırılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024