BDU-nun komandası “Enactus Çempionlar Liqası”nda ikinci yerin qalibi olub

17/06/2025

Bakı Dövlət Universitetinin (BDU) komandası 13-15 iyun tarixlərində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən “Enactus Çempionlar Liqası Simulyasiya Düşərgəsi” çərçivəsindəki yarışda yüksək nəticə göstərib.

Belə ki, BDU-nun “Enactus” komandası 18 ali təhsil müəssisəsinin komandaları arasında II yerə layiq görülərək, “Enactus Azərbaycan” Milli Yarışına vəsiqə qazanıb.

Qeyd edək ki, “Enactus” proqramının əsası 1975-ci ildə ABŞ-də qoyulub. Bu beynəlxalq platforma biznesin müsbət gücündən istifadə edərək, daha yaxşı və davamlı gələcək qurmağa çalışan tələbələri, akademikləri və biznes liderlərini bir araya gətirir. “Enactus” dünyanın 35-dən çox ölkəsində fəaliyyət göstərən geniş və fəal qlobal şəbəkədir.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026