BDU-nun komandası mini-futbol üzrə çempionatın ikincisi olub

07/05/2022

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında mini-futbol üzrə çempionata yekun vurulub.

Bakı Dövlət Universitetinin komandası çempionatda ikinci yeri tutub.

Oyunlardan sonra çempionatın bağlanış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri, veteran futbolçular və digər rəsmi şəxslər iştirak edib.

Bağlanış mərasimində çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA-nın İcraiyyə komitəsinin üzvü Firudin Qurbanov Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə, idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, əldə olunan uğurlardan söz açıb. Nazir müavini bu çempionatın tələbələr arasında mini-futbolun təbliği və kütləviliyində, gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Sonda yarışlarda fərqlənən 3 tələbə futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi” “və “Ən yaxşı hücumçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, I, II, III yerləri tutan komandalar medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, çempionat Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai birliyi və “Azfar Qroup” QSC-nin dəstəyi ilə təşkil olunub. Yarışlarda 16 ali təhsil müəssisəsinin komandası iştirak edib.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası

BDU-da "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təmizlik aksiyası
18/04/2024

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş Kitab Sərgisi keçiriləcək
18/04/2024