BDU-nun komandası “TEKNOFEST-2025”in final mərhələsində iştirak edir

18/09/2025

Dünyanın ən böyük aerokosmik və texnologiya festivalı olan “TEKNOFEST – 2025 İstanbul” bu il 17-21 sentyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilir.

Dünyanın 96 ölkəsindən 565776 komandanın müraciət etdiyi yarışmada BDU-nun “BSU SSTCC” komandası “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsini təqdim edir. 24 finalçı komandanın olduğu kategoriyada “NeuroScreen” layihəsi final mərhələsinə ən yüksək balla - 97.67 balla keçib.

“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026