BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

06/04/2026

Bakı Dövlət Universitetinin (BDU) “Segfault” komandası 27-29 mart tarixlərində Özbəkistanın Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universiteti tərəfindən təşkil olunan beynəlxalq “Cybersecurity Capture the Flag (CTF) 2026” olimpiadasında uğurla iştirak edib.

Ali təhsilin bakalavriat səviyyəsinin tələbələri arasında keçirilən Olimpiadada BDU komandası kibertəhlükəsizlik, şəbəkə təhlükəsizliyi, rəqəmsal kriminalistika, kriptoqrafiya və sistem müdafiəsi istiqamətində bacarıqlarını inkişaf etdirərək hakatonu yüksək dərəcə ilə başa vurublar.

Komandanın məşqçisi İsmayıl Zeynalov, üzvləri isə BDU tələbələri Sübhan Sultanov (II kurs), Kənan Rəsulov, Cəmil Cəfərli (III kurs) və Əli Quliyev (IV kurs) olub.

Tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq!


Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026