BDU-nun laborantı “Digital Herbary” seminarına dəvət olunub

16/10/2014

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının laborantı Abbasov Abdin Almaniya-Azərbaycan Əməkaşlıq Birliyi GİZ-in  təşkilatçılığı ilə Almaniyanın Greifswald Universitetində Michael Succow fondunun “Flora GREIF” layihəsinin tərkib hissəsi kimi keçirilmiş “Digital Herbary” seminarına dəvət olunub. Seminarda Azərbaycanla yanaşı Qazaxıstan və Özbəkistandan da nümayəndələr iştirak edib. A.Abbasov seminarda Universitetin tarixi, fəaliyyəti və herbari fondu haqqında təqdimatla çıxış edib. Nümayəndə heyyəti Greifswald Universitetinin Botanika İnstitutunda HerbScan aparatı vasitəsilə elektron herbari hazırlanması prosesini izləyib, herbari fondu ilə tanış olub, Botanika bağını ziyarət ediblər. Həmçinin iştirakçılar Azərbaycandan da toplanmış bitki nümunələrinin saxlandığı Almaniyanın ən böyük herbari fondu olan Berlin-Dahlem Botanika bağı və muzeyini ziyarət ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 16 oktyabr 2014-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026