BDU-nun magistrantı Moskvada keçirilən forumda iştirak edib

27/02/2019

Bakı Dövlət Universitetinin tələbəsi Moskvada keçirilən“Avrasiya gəncləri: Gələcəyi birlikdə qururuq!” adlı Beynəlxalq Tələbə Forumunda iştirak edib.  
Tədbirə qatılan MDB ölkələrinin gəncləri sosial və vətəndaş fəallığı, gənclərin mühüm ictimai problemlərin həllində iştirakı və digər məsələləri müzakirə edib, öz layihələrini təqdim ediblər.

Azərbaycanı forumda səkkiz gənc, o cümlədən Bakı Dövlət Universitetinin Kimya fakültəsinin II kurs magistrantı Araz Dövlətov təmsil edib. A.Dövlətov"İonlu mayelərin istifadəsi nümunəsində təmiz və ekoloji cəhətdən səmərəli texnologiyalar” adlı layihəni uğurla təqdim edib.

Qeyd edək ki, forum “Şimal-Cənub” Siyasi Mərkəzi, Moskva Dövlət Universiteti və “Sodrujestvo” Mətbuat Klubunun təşkilatçılığı ilə keçirilib.

 

Mətbuat və informasiya şöbəsi, 27 fevral 2019-cu il.


Xəbərlər

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: "Həqiqətin müdafiə xətti"
22/10/2026

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib

BDU əməkdaşları üçün idarəetmədə müasir yanaşmalara dair təlim keçirilib
21/10/2026

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib

BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
21/10/2026