BDU-nun magistrantı Nyu-York Buffalo Universitetində doktorantura proqramı üzrə təhsil alacaq
21/02/2023
Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının Biokimya ixtisası üzrə əcnəbi magistrantı Adeoke Olatunbosun Nyu-York Buffalo Universitetinin nəzdində - Jacobs Tibb və Biotibbi Elmlər Məktəbində Biotibbi elmlər ixtisası üzrə tam təqaüdlü (dövlət sifarişli) doktaranturaya qəbul olub. Adeoke Olatunbosun magistratura təhsili müddətində yüksək göstəriciləri ilə fərqlənib. Təhsil müddətində biologiya üzrə fəlsəfə doktoru Nigar Hüseynovanın rəhbərliyi altında “Nanohissəciklərin fotosintetik piqmentlərin sintez prosesinə təsirinin tədqiqi” adlı dissertasiya işi ilə bağlı tədqiqatlar aparıb və alınmış nəticələri nüfuzlu “Journal of environmental science and public health” (IF-3.6) jurnalında dərc etdirib.
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
