BDU-nun magistrantı pauerliftinq üzrə dünya çempionatının qalibi olub

03/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin "Turizm işi" ixtisaslaşması üzrə II kurs magistrantı İlkin Namazov Macarıstanda keçirilən pauerliftinq (powerlifting) idman növü üzrə WPA Dünya Çempionatının qalibi olub.

Macarıstanın Lakitelek şəhərində keçirilən "WPA World Championship Powerlifting" yarışında Azərbaycan komandası uğurla çıxış edərək bir sıra qızıl medallar qazanıb.

Komandanın gənc üzvü, Coğrafiya fakültəsinin magistrantı İlkin Namazov pauerliftinq idman növü üzrə 140 kq çəki dərəcəsində gənclər arasında I yeri, açıq kateqoriyada isə II yeri qazanıb. İlkin Namazov həmçinin, "deadlift" hərəkəti üzrə birinci yerin sahibi olub.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026