BDU-nun magistrantları Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarının iş prinsipləri ilə tanış olublar

21/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və torpaq müfəttişliyi, Torpaq kadastrı və Aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşmaları üzrə təhsil alan magistrantları universitet ərazisində açıq havada praktiki dərs keçiblər.

Dərs Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dəvət olunan saathesabı müəllimi, “Geoid” MMC-nin direktoru Yasin Mustafayev tərəfindən aparılıb.

Dərs mövzusuna uyğun olaraq GPS texnologiyasının, Azərbaycanın müxtəlif bölgələrində Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGİS-CORS) şəbəkəsinin iş prinsipləri, yer ölçmələrində və kadastr işlərində tətbiqinin xüsusiyyətləri ətraflı izah olunub.

Dərsdə Azərbaycan ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatların emalı,  zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sisteminin xüsusiyyətləri, dəqiq vaxt rejimində RTK və Diferensial Qlobal Peyk Sistemi Xidməti (DGPS) və sair məsələlər barədə geniş məzmunlu praktika keçirilib.

Sonda magistrantların sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026