BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

02/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiyalar kafedrasının I kurs magistrantları kafedranın müəllimi, dosent Roza Məmmədovanın rəhbərliyi ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Modern seleksiya və molekulyar biologiya laboratoriyasında təşkil olunmuş elmi-praktiki təlimdə iştirak ediblər.

Təlim institutun laboratoriya müdiri Həlimə Məmmədova və Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri Elçin Hacıyev tərəfindən aparılıb. Çıxışlarda molekulyar-genetik analizlərin metodoloji əsasları, laboratoriya təhlükəsizliyi qaydaları, eləcə də molekulyar marker sistemlərinin seleksiya işlərində və genetik müxtəlifliyin qiymətləndirilməsində tətbiqi barədə ətraflı məlumat verilib.

Müasir laboratoriya şəraitində keçirilən təlim bitki yarpaq toxumasından DNT-nin izolyasiyası və molekulyar markerlərlə iş prinsiplərinin praktiki mənimsənilməsinə həsr olunub. Təlim zamanı magistrantlar nümunələrin hazırlanması, hüceyrə lizisi, sentrifuqalama və genetik materialın təmizlənməsi mərhələlərini bilavasitə yerinə yetiriblər. İnteraktiv formatda təşkil olunan məşğələlər iştirakçıların laborator prosesləri fərdi şəkildə icra etməsinə imkan yaradıb.

Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd magistrantların bitki genomikası və molekulyar genetika sahəsində nəzəri biliklərini praktik mühitdə möhkəmləndirmək, elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək və müasir laborator texnologiyalarla işləmək səriştəsini artırmaqdır.

 

 

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026