BDU-nun magistrantları məktəbəqədər yaşlı uşaqlarla diaqnostik işlər aparıblar

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin “Klinik psixologiya” magistratura ixtisaslaşması üzrə təhsil alan tələbələri peşəkar bacarıqların inkişafı məqsədilə “Yaşıl ada” uşaq bağçasında praktiki məşğələ keçiriblər. Psixologiya kafedrasının professoru Elnarə Səfiyeva və müəllim Emiliya İgidovanın rəhbərliyi ilə təşkil olunan məşğələ çərçivəsində məktəbəqədər yaşlı uşaqlarla diaqnostik işlər aparılıb.

Təlimin əsas məqsədi gələcəyin klinik psixoloqlarına normal inkişaf səviyyəsinə malik uşaqlarla iş metodlarını öyrətmək və bu inkişafın klinik meyarlarını real mühitdə nümayiş etdirmək olub. Magistrantlar uşaqların koqnitiv inkişaf səviyyəsini, emosional vəziyyətlərini və davranış xüsusiyyətlərini müasir klinik-psixoloji metodlarla təhlil etmək imkanı əldə ediblər.

Xüsusilə vurğulanıb ki, peşəkar klinik psixoloq patoloji halları düzgün müəyyən etmək üçün ilk növbədə normal inkişafın qanunauyğunluqlarını, uşaqların yaş dövrlərinə görə sosial adaptasiya və ünsiyyət bacarıqlarını dərindən mənimsəməlidir.

Qeyd edilib ki, bu cür praktiki məşğələlər magistrantların auditoriyalarda əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq, diaqnostik alətlərdən sərbəst istifadə etmələrinə, peşəkar klinisist kimi formalaşmalarına mühüm töhfə verir.

Yekunda aparılan müşahidələr elmi rəhbərlər tərəfindən müzakirə olunub, erkən müdaxilənin əhəmiyyəti və uşaq psixologiyasının incəlikləri barədə magistrantlara tövsiyələr verilib.

Xəbərlər

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür

Şanlı qələbəmizin başlanğıcı – tarixi Aprel döyüşlərindən 10 il ötür
02/04/2026

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”

BDU-nun Astrofizika kaferası: “Günəşə doğru hərəkət edən MAPS kometi 2-4 aprel tarixlərində sürətlə parçalanacaq”
02/04/2026

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş 

BDU-da “Məzunun izində” layihəsi çərçivəsində növbəti görüş
02/04/2026