BDU-nun magistrantları: “Ötən semestr əldə edilən təcrübə öz bəhrəsini verir”

22/01/2021

Koronavirus pandemiyası səbəbilə 2020/2021-ci tədris ilinin payız sessiyasının məsafədən təşkili davam edir. Bakı Dövlət Universitetində pandemiya dövründə tədrisin, imtahan sessiyasının təşkili, tələbəönümlü qərarların qəbul edilməsi istiqamətində uğurlu addımlar atıldı.

Cari tədris ilinin payız semstrinin sessiyası magistratura pilləsində təhsil alan tələbələr üçün onlayn olaraq edir. Bakı Dövlət Universitetinin magistratura səviyyəsində bütün ixtisaslaşmalarda imtahanlar Universitet tərəfindən qəbul edilən qaydalara müvafiq olaraq onlayn qaydada şifahi formada həyata keçirilir.

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi magistrantların imtahan sessiyası ilə bağlı fikirlərini təqdim edir:

Filologiya fakültəsinin Azərbaycan dili ixtisası üzrə II kurs magistrantı Ülviyyə İbrahimova: “Artıq iki həftədir ki, doğma Universitetdə payız imtahan sessiyası davam edir. Keçən semestrdə əldə olunan təcrübə bu imtahan sessiyasını da uğurla başa vurmağa kömək edəcək. İmtahan prosesi müəllimlərimizin bizə uğur arzulaması ilə başlayır, biletlər seçilir, ilk imtahan verəcək tələbəyə hazırlaşması üçün müəyyən müddət verilir, tələbələr dinlənilir və qiymətləndirilir. Müəllimlər tələbənin ilk cümləsindən artıq onun suala hazırlıq səviyyəsini anlayır. Müəllim və nəzarətçilərin tələbənin hər sualını cavablandırır. Ümumiyyətlə, semestr ərzində də fakültə rəhbərliyi bütün məsələləri tələbələrə aydın şəkildə izah etdiyi üçün imtahanlarda demək olar ki, problemlə üzləşmirik. Qiymətləndirməyə gəldikdə isə, müəllimlərimiz ədalətli və humanist davranırlar. Bu imtahan sessiyasında tələbələrə uğur diləyirəm.”

Kimya fakültəsinin Üzvi kimya ixtisası üzrə 2-ci kurs magistrantı İlkin Süleymanov: “Qış imtahan sessiyasının təşkil formasından çox razıyam. İmtahanlar tam obyektiv və ədalətli şəkildə keçirilir. Bu sessiyada bir neçə fənndən imtahan vermişik. Müəllimlər həm semestr ərzində, həm də imtahan sessiyasında tələbələrə tam dəstək olurlar. İxtisas qrupu üzrə hamımız maksimum nəticə göstərdik. Fürsətdən istifadə edib tələbələrə edilən güzəştlərə ve yaradılan səraitə görə Bakı Dövlət Universiteti rəhbərliyə təşəkkürümü bildirirəm.

Hüquq fakültəsinin Transmilli cinayət hüquq ixtisası üzrə II kurs magistrantı Nihad Qəyayev: “Hazırda   dünyada və ölkəmizdə davam edən pandemiyayla əlaqədar olaraq onlayn qaydada keçirilən semestr imtahanlarında universitetmizin magistrları olaraq bizdə iştirak edirik. Artıq II semestrdir ki, biz imtahanlarmızı onlayn qaydada keçirik. Ümumilikdə imtahanlar tam şəffaf və daha yeni biliklər öyrənməyə şərait yaradan halda keçir. Bu semetrdə pandemiyanı nəzərə alaraq universitetmizin rəhbərliyi tərəfindən tələbələrə bir çox güzəştlər tətbiq edilmişdir. Tələbələr imtahandan öncə imtahan suallarnı əhatə edən mühazirə mətnləri ilə təmin edilmiş, semestr ərzində keçirilmiş mövzular üzrə müəllimlər tərəfindən tələbələrin sualları cavablandırılan konsultasiyalar təşkil edilmişdir. İmtahan zamanı tələbələrə fikrilərini dəqiq ifadə etmək üçün müəllimlər tərəfindən şərait yaradılır.İmtahan zamanı neqativ hallar müşahidə etmirik.”

Fizika fakültəsinin I kurs magistrantı Jalə Şükürova: “Bakalavr səviyyəsində təhsil alanda ənənəvi qaydada 7 semestr imtahanı vermişəm. Hal-hazırda isə pandemiya ilə əlaqədar olaraq, bütün təhsil müəssisələri fəaliyyətini dayandırıb və bu səbəbdən semestr imtahanlarımı distant formada verirəm. Əvvəla onu qeyd etmək istərdim ki, iştirak etdiyim onlayn imtahanlarda xoşagəlməz halla qarşılaşmamışam. İmtahan prosesində bileti çəkdikdən sonra müəyyən qədər təkrarlamağa vaxt verilir, müəllim tələbələrin fikrini bölmür, öz suallarını sonda verir, qiymətləndirmə obyektiv aparılır. Fikrimcə, onlayn imtahanların müsbət xüsusiyyətləri çoxdur. Bu zaman fikirlərimizi şifahi nitq vasitəsilə ifadə edirik və bu da  şifahi nitqimizin inkişafına da müsbət təsir göstərir. Yəni bir tərəfdən ixtisasımız üzrə bilikləri əldə edir, digər tərəfdən nitqimizi inkişaf etdiririk. Ən müsbət cəhəti isə imtahan bitdiyi anda ballarımızı bilməyimizdir. İmtahan prosesindən əlavə də universitetimizin rəhbərliyi tərəfindən bir çox güzəştlər edilib: imtahan suallarının müəyyən qədər azaldılması, 20 bal verilməsi tələbəyönümlü qərarlardandır. Bunun üçün də BDU-nun rəhbərliyinə və onlayn tədrisin təşkilində iştirak edən Universitet kollektivinə öz minnətdarlığımı bildirirəm.”

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024