BDU-nun magistrantlarına Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda innovativ tədris metodları ilə dərs keçilir

23/04/2025

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev dövlət-özəl əməkdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində tədris prosesinə dəvət olunub.

O, “Torpaqşünaslıq və aqrokimya” ixtisasının “Aqrokimya” ixtisaslaşması üzrə I kurs magistrantlarına tədris etdiyi “Tərəvəzçilikdə bitkilərin qidalanması və gübrələnməsi” fənninin mühazirə və laboratoriya dərslərini Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda innovativ tədris metodları ilə keçib.

Magistrantlar İnstitutun Funksional analizlər laboratoriyasında müxtəlif səpkili torpaq analizlərinin aparılmasında iştirak ediblər. Tələbələrə müasir laboratoriya avadanlıqları haqqında məlumat verilib, onlardan istifadə etmək üçün ilkin təlimlər keçirilib. Magistrantlar torpaqda pH, EC analizləri, Kjeldahl metodu ilə azotun təyini analizlərini uğurla həyata keçiriblər. Sonra magistrantlar İnstitutun digər şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, toxum emalı prosesi və istixana şəraitində seleksiya işləri ilə tanış olublar.

Xəbərlər

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı
15/05/2026