BDU-nun magistraturasını seçənlərin nəzərinə!

15/07/2022

Bu gündən 2022/2023-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) magistratura pilləsinə qəbul olmuş şəxslərin qeydiyyatı başlayır.
Magistraturaya qəbul olmuş şəxslər iyulun 15-i saat 12:00-dan iyulun 25-i saat 12:00 - dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Qeydiyyat üçün aşağıda göstərilən əsas sənədlər elektron formada təqdim edilməlidir:
1. Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi;
2.Bakalavr pilləsini bitirməsi haqqında arayış (cari ilin məzunları üçün);
3.İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (oğlanlar üçün);
4. Ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar üçün ödəniş qəbzi.
Qeyd olunan müddətdə  qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 539 06 71 (BDU-nun Magistratura və doktorantura şöbəsi).

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026