BDU-nun magistraturasına qəbul olan şəxslərin nəzərinə!

23/07/2025

Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsinə qəbul olan bakalavrlar 24 iyul - 1 avqust tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli, yaradılmış kabinetə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətini seçməlidirlər.

2025-2026-cı tədris ilində Bakı Dövlət Universitetinə magistratura səviyyəsinə qəbul olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:

1. Bakalavr diplomunun və diploma əlavənin surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);

2. 2024-2025-ci tədris ilində məzun olanlar tərəfindən universiteti bitirdikləri haqqında arayış;

3. Ödənişli əsaslarla magistratura səviyyəsinə qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.

4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);

5. Nigah haqqında şəhadətnamə (soyad dəyişdirildiyi halda);

6. Ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) təsdiq edən sənəd (xarici dövlətlərin ali təhsil müəssisələrdində təhsil almış şəxslər üçün);

QEYD: ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xəbərlər

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib

Dövlət Məşğulluq Agentliyinin əməkdaşı BDU-da “Effektiv “LinkedIn” profilinin hazırlanması” mövzusunda təlim keçib
25/02/2026

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı

"BDU-dan beynəlxalq təcrübəyə" layihəsinin ilk seminarı
25/02/2026

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri

BDU-da Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri
25/02/2026