BDU-nun magistrantlari beynəlxalq mükafata layiq olublar

02/11/2015

Azərbaycanda məhkəmənin sınaq müddəti ilə şərti məhrumetmə ilə əlaqədar yeni alternativ sistem yaradılması probleminə həsr edilmiş tələbə-magistr müsabiqəsinin yekununa dair Bakı Dövlət Universitetində professor-müəllim heyəti və vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunmuş komissiyasının iclası keçirilib.

Müsabiqəyə təqdim edilmiş işlər 100 ballıq sistemi ilə 8 kriteriya üzrə qiymətləndirilib. Nəticədə I-ci mükafat Leyla Səlimova, II-ci mükafat – Mələk Əliyeva, III-cü yer isə Leyla Cəlilovaya təqdim olunub.

Müsabiqə BMT-nin Demokratik Fondu tərəfindən dəstəklənən “Beynəlxalq Həbsxana İslahatı” (PRİ) cəmiyyətinin Tbilisi ofisi tərəfindən keçirilib.

Qeyd edək ki, PRİ çoxdandır ki, bu mövzu ilə məşğul olur. Artıq Tbilisi və Bakıda “dəyirmi stol” arxasında hökümət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə diskusiyalar təşkil edilib. Azərbaycan həküməti tərəfindən bu mövzu aktual olaraq tanınsa da, hələlik normativ-hüquqi bazanın yaradılması prosesi başa çatmayıb.

Mətbuat və informasiya şöbəsi, 02 noyabr 2015-ci il.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026