BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzi Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində konsert təşkil edib

12/06/2024

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət -Yaradıcılıq Mərkəzinin kollektivi Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bilgəhdəki Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində konsert təşkil edib.

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin direktoru Samirə Mehtiyeva müqəddəs Qurban bayramının həm də ahılları yada salmaq, onlarla görüşüb ünsiyyət saxlamaq üçün fürsət olduğunu deyib. O, müəssisənin sakinlərinə dövlət qayğısından və belə proqramların onların asudə vaxtının təşkilində əhəmiyyətindən danışıb.

Daha sonra Mərkəzin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub. Mərkəzin əməkdaşlarının müxtəlif musiqi nömrələri ahıllara əsl bayram əhval-ruhiyyəsi bəxş edib.

 

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026