BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı "Qarabağ Azərbaycandır!" tamaşası nümayiş olunub
02/10/2023
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı "Qarabağ Azərbaycandır!" tamaşası nümayiş olunub.
Əvvəlcə Vətənimizin azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu çıxış edərək belə tamaşanın ali məktəblər arasında ilk dəfə BDU-da səhnələşdirildiyini, aktyorların BDU-nun yaradıcı tələbələri olduğunu deyib.
Sonra "Qarabağ Azərbaycandır" tamaşası göstərilib. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb.
Tamaşa anşlaqla qarşılanıb.



Xəbərlər
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
