BDU-nun Mexanika-riyaziyyat fakültəsində 3 ixtisas üzrə tələbə qəbulu aparılır

08/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 9 kafedra və 6 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub. Bakalavriat səviyyəsində tələbələr II kursdan etibarən elmi-tədqiqat işlərinə cəlb olunurlar.

Fakültədə Riyazi analiz, Cəbr və həndəsə, Diferensial və inteqral tənliklər, Funksiyalar nəzəriyyəsi və funksional analiz, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları, Hesablama riyaziyyatı, Riyaziyyat və onun tədrisi metodikası, Nəzəri mexanika və bütöv mühit mexanikası, Ali riyaziyyat kafedraları fəaliyyət göstərir. Müxtəlif elmi istiqamətlər üzrə həmin kafedralarda elmi-tədqiqat işləri aparılır.

Bakalavriat səviyyəsində Riyaziyyat, Riyaziyyat müəllimliyi və Mexanika ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026