BDU-nun Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasında tədqiqatlar davam edir

02/11/2023

Bakı Dövlət Universitetinin (BDU )Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərovun həmmüəllifi olduğu  “Şəhər və kəndlərdə olan ev heyvanlarının və insanın bağırsaq mikrobiotasının mübadiləsi” (“Gut microbiota exchenge in domestic animals and rural-urban aix”) adlı icmal məqalə “Web of Sience” bazasında indekslənən (IF: 2.8) “Current Pharmaceutical Biotechnology” jurnalında dərc olunub: https://pubmed.ncbi.nlm.nih.gov/37877143/

Kliniki mikrobiologiyada bağırsaq mikrobiotasına və mikrobiomuna xüsusi diqqət verilir. Bağırsaq mikrobiotasında daha vacib olan yoğun bağırsaq mikrobiotasıdır. Yoğun bağırsağı zəbt edən mikrobiota (mikroblar) müxtəlif funksiyalar daşıyır, ilk növbədə patogenlərə qarşı davamlılıq verir, bağırsaq epitelisini qoruyur, qida qalıqlarını metabolizmə uğradır, immun sistemini gücləndirir. Son tədqiqatlar göstərir ki, bağırsaq mikrobiotası orqanizmdə piyin əmələ gəlməsinin qarşısını alır.

Bu icmal məqalədə müxtəlif kənd və şəhərlərdə olan ev heyvanlarının (it, pişik, inək, qoyun, at, toyuq) və insanın bağırsaq mikrobiotasının öyrənilməsinə həsr olunmuş elmi işlərin analizi aparılıb. Göstərilib ki, heyvan və insanların bağırsağında yaşayan mikrob populyasiyaları çox fərqlidir. Şəhər və kəndlərdə yaşayan insanların bağırsaq mikrobiotasına ətraf mühit, qidalanma, heyvanlarla təmas kimi amillər əhəmiyyətli dərəcədə təsir göstərir.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026