BDU-nun əməkdaşı Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə üzv seçilib

18/03/2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Azərbaycanda ali məktəblərin Karyera Mərkəzləri Şurasının yaradılmasına dair növbəti görüş keçirilib.
Görüşdə iştirak edən universitet təmsilçiləri yeni yaradılacaq Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilmək üçün təqdimat və təkliflər irəli sürüblər. Səsvermə nəticəsində 6 universitetin təmsilçisi yeni yaradılan Karyera Mərkəzləri Şurasının İdarə Heyətinə seçilib. Səs çoxluğu ilə Bakı Dövlət Universitetinin Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov İdarə Heyətinə seçilib.
Qeyd edək ki, Karyera Mərkəzləri Şurasının İdarə Heyətində universitetlərdən başqa Dövlət Məşğulluq Agentliyinin və Təhsil Nazirliyinin bir nümayəndəsi də yer alacaq. Şuranın əsas məqsədi universitetlərin Karyera mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, müəssisələrlə əməkdaşlıq, peşəkar karyera dəstəyi və s. istiqamətlərdə beynəlxalq və yerli təcrübənin tədqiqi, öyrənilməsi, tətbiqi məsələlərini əhatə edir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!
12/08/2026