BDU-nun əməkdaşı İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq

27/10/2023

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Tədqiqat və innovasiyalar sektorunun mütəxəssisi Xatirə Mehtiyeva İtaliyanın Kalabriya Universitetində tədqiqat aparacaq.

Xatirə Mehtiyeva İtaliya höküməti tərəfindən xaricdə yaşayan İtaliya vətəndaşları və xarici vətəndaşlar üçün 2023/2024-cü illər üzrə elan edilmiş qrant müsabiqəsinin qalibi olub. Qrant proqramı çərçivəsində o, 2023-cü il 01 dekabr - 2024-cü il 31 may tarixlərində İtaliyanın Kozentsa əyalətində yerləşən Kalabriya Universitetində “Laylı Van-der-Vaals birləşmələri əsaslı, maqnit atomları ilə aşqarlanmış topoloji izolyator materiallarının strukturunun və elektron xassələrinin tədqiqi” mövzusunda elmi tədqiqat işi aparmaq imkanı qazanıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026