BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

04/09/2026

29 avqust–4 sentyabr 2026-cı il tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Türkiyə Respublikasının Antalya şəhərinə səfər həyata keçirilib. “Gənclərin Dəyişimi Proqramı” çərçivəsində baş tutan səfərdə Bakı şəhərindən olan gənclər, müxtəlif gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Nümayəndə heyətinə Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu rəhbərlik edib.

Nümayəndə heyətinin tərkibində Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi Ələkbər Həsənov və BDU Tələbə Gənclər Təşkilatının sədri Harun Mehdiyev də olub.

Səfərin əsas məqsədi Azərbaycan və Türkiyə gəncləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, təcrübə və fikir mübadiləsinin aparılması, gənclər siyasəti və idman sahəsində mövcud təcrübələrin öyrənilməsi, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.

Səfər çərçivəsində Antalya Gənclər və İdman İdarəsinin müdiri Yavuz Gürhan ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Türkiyədə gənclər siyasətinin həyata keçirilməsi, gənclərin ictimai fəallığının artırılması, idman və gənclərlə bağlı layihələrin, eləcə də aidiyyəti qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Proqram çərçivəsində Akdeniz Universitetinin müxtəlif fakültələri, Gənclər Ofisi, Özgəcan Aslan, “Millət Bağçası” Gənclik mərkəzləri və Əlaəddin Keykubat Gənclik Düşərgəsinə səfərlər təşkil olunub. İştirakçılar burada gənclərin inkişafı, asudə vaxtının səmərəli təşkili və sosial fəallığının artırılması istiqamətində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olublar. Səfər proqramına Side Antik Şəhər Teatrı, Şəhidlər Muzeyi, Elm Muzeyi və “Hababam sinfi” Muzeyinin ziyarəti də daxil edilib. Nümayəndə heyəti Türkiyənin tarixi, elmi və mədəni irsi barədə zəngin məlumatlar əldə edib.

Bundan əlavə, səfərin idman proqramı çərçivəsində iştirakçılar oxatma idman növü ilə tanış olub, mütəxəssislərin nəzarəti altında keçirilən praktiki məşğələdə iştirak ediblər.

Səfər Azərbaycan-Türkiyə gənclərinin əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək birgə layihələr üçün yeni imkanların yaradılmasına xidmət edib.

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

Böyük arzular kiçik addımlardan başlayır – DP təqaüdçüsü

Böyük arzular kiçik addımlardan başlayır – DP təqaüdçüsü
04/09/2026