BDU-nun əməkdaşı YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib

25/04/2019

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanının iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdiyini, ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndiyini diqqətə çatdırıb. O, dövlət gənclər siyasətinə nəzər salaraq, ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını bildirib.

Konfransda YAP Yasamal rayon təşkilatının gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev ötən konfransdan keçən müddətdə təşkilatın fəaliyyəti haqqında hesabatla çıxış edib. O, hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verib.
Rayonun fəal gənclərindən Vəfa Mürsəlzadə, Bayram Aslanov və Anar Cəfərov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.

Konfransda YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktor Vüqar Rəhimzadə çıxış edərək, müasir tariximizin böyük bir mərhələsinin müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Sonra təşkilati məsələlərə baxılıb. Konfransda YAP Yasamal rayon təşkilatının gənclər birliyi şurasına 61, idarə heyətinə isə 25 nəfər seçilib. BDU-nun əməkdaşı İlqar Quliyev YAP Yasamal rayon təşkilatınıın gənclər birliyinin sədri seçilib.

 

Mətbuat və informasiya şöbəsi, 25 aprel 2019-cu il.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026