BDU-nun əməkdaşı 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə diplomla təltif edilib

02/02/2021

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Dövlət Universitetinin Təhsil sənədləri ilə iş şöbəsinin əməkdaşı Lalə Hüseynzadəni 2020-ci ildə uğurlu fəaliyyətinə görə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə diplomla təltif edib.

Qeyd edək ki, Lalə Hüseynzadə 2011/2012-ci illərdə "Tanıdım səni" adlı lahiyədə ilk dəfə qum sənəti ilə çıxış edərək birinci yerə layiq görülüb. Müxtəlif illərdə Türkiyənin "TV8” telekanalında yayımlanan "Yetənək sizsiniz" adlı layihədə uğurlu çıxış edib, Rusiyada "Yaradıcı insanlar" adlı festivala qatılıb, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9 noyabr - Bayraq Gününə həsr olunmuş sərgidə qalib gəlib.

Lalə Hüseynzadə, eyni zamanda, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbir və sərgilərə qatılıb, Leyla xanım Əliyevanın dəstəyi ilə keçirilən “Live life" adlı sərgidə iştirak edib. 2018-ci ildə İsveçrə səfirliyinin dəstəyi ilə keçirilən "Dəyişikliklərə cəsarəti çatan Cümhuriyyət qadınları" adlı, 2019-cu ildə isə Heydər Əliyev Fondunun  “Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalıda baş vermiş hadisələri özündə əks etdirən sənədli filmlərinin təqdimatı keçirilib, 2020-ci ildə "Saglamlığın Qorunması" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş sərgidə diplom va mükafata layiq görülüb.

44 günlük Vətən müharibəsi dövründə BDU TV ilə birlikdə “Şuşa bizi gözləyir”, “Xarı bülbül”, “Həsrətinə qovuşduq, Xudafərin!”, "Terrora yox!" adlı qum kompozisyaları hazırlayıb.

 

 

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026