BDU-nun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

02/06/2021

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Türkiyənin Qazi Universitetində keçirilən II "International Light and Light Based Technologies" (İşıq və işıq əsaslı texnologiyalar) mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfransda dünyanın 26 ölkəsindən olan universitetlərin əməkdaş və tələbələrinin məruzələri dinlənilib.

BDU-nun Fizika fakültəsinin professoru Rasim Məmmədov "Əlavə elektrik sahəsində Şotki diodlarında foto effekt", Nanoaraşdırmalar Mərkəzinin müdiri Mustafa Muradov "Nanomaterialların alınması və optik xassələrinin bəzi xüsusiyyətləri", mərkəzin əməkdaşları – Lalə Qəhramanlı "Müxtəlif texnoloji amillərin CdxZn1-xS nanohissəciklərinin optik xassələrinə təsiri", Sevinc Məmmədyarova "Ni/NiO nanozəncirlərinin strukturuna və optik xüsusiyyətlərinə maqnit sahəsinin təsiri", Kimya fakültəsinin əməkdaşı Ofeliya Balayeva “NiZnAl laylı ikili hidroksid/PVS kompozit matrisdə NixZn1-xS nanohissəciklərin idarə olunan sintezi” mövzularında çıxış ediblər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026